Cheap Web Hosting | Free Web Hosting | Dedicated Servers | Windows Hosting | Free Web Space | Trade Show Displays | GoDaddy Coupon Codes | FrontPage Hosting | Business Hosting
cheap web hosting
Search the Web

         Babək !

Keşgə sən Türk olmayaydın

  

Babək! Sənin yerin və məqamın nə qədər ucadır& Demək, öz qalanda yox, Savalandan daha yüksək dir&

Səndən nə düşünmüşük? Səndən nə bilmişik? Sənin çətinlikdən qorxmamazlığın və vətən sevərligindən, bizə nələr demişlər? əslən özümüz nə axtarmışıq? Keşgə sən Türk, Iranlı Türk və Azərbaycanlı olmayaydın& Belə olsaydı səni bizim Türk uşaqlar və dəli qanlılar, Bir özgür, ulusçu və vətən sevər adam tanımışdılar* Bəşə Qandi, Mandella ya … tək! Beləlikdə heç kimsə deməzdi% “Türklər başqa qahramanları, öz qahramanlarından yaxşı tanıyırlar, məsələn nağıldakı Rüstəmdən də az!”

Ama başqa illət ki istəyirəm sən Türk olmayaydın* Məyər Türklərin nə eyb və əskikləri var? Gərək day dilimi dişləyəm, ama yox bu sözlər ürəkdən gəlir* ürək dişləməlidir&

Mən bunu demək istəyirəm ki, sən Azərbaycanlı olmasaydın, sənin özgürlük istəməyin dünyada taysız tanınmışdır& Sənin taysızlığında heç şək yoxdur, neyə ki öz yurdundan difa# etmək için özgə və yabancılardan yardım istəməyibsən& Kişi tək, özgür və inamlı, duşmanların qarşısında durubsan& Dağ başında, dağ tək xalqının arvadlar və kişilərindən yardım alaraq, şimşək və ıldırım tək o, adı müsəlmanlara şaxmışsan və onda kı əfşinlərin xəyanətinə görə görübsən ölüm yaxınlığındadır, özünü və ulusunu unudmayıb və Azərbaycanın torpağından qaçmamışsan və … &

Ama sənin ve bizlərin Türk olmağına görə* indi də əfşinlər xəyanət də dirlər& səni bir inamsız və mürtəd göstərməklə istəyirlər ki tarixdən və yadlardan çıxardalar* neya ki sənin balaların və soydaşların yaşamaqdadırlar və istəyirlər bundan sonra da sən tək alnı açıq və özgür yaşayalar& əfşinlər bunu görmək istəməyirlər&

Ama inanıram sən bu sözü ki “keşgə Babək Türk olmayaydı”, əfşinin işindən daha pis bilirsən& Məni bağışla … &

Ama, bizdə sənin yolunu davam verəcəyik& Belə dir ki sənin ruhun, sonsuz, sevinclə yaşayacaqdır və Türklər onu, günü gündən artıq tanıyacaqlar&

    

Kaspay

Sehifenin Başı

Ana Sehife