SəttarXanın Ağırlama Mərasimi,
Yazar: Cəlal Kəsayi
E-Mail: celalkivi@publicist.com
Yer: Tehran, ŞəhriRey, Şabdüləzim, SəttarXan Məzarı
Çağ: Cümə Axşamı, Güz Ortasının 23cü günü, 1381 Günəş Hicri ili
Saat 15 :
Gördüyüm bildirişlərə görə, Mərasim gərək 14:30 da başlanaydı; Mən də çətinligilə Şabdüləzimin hərəmini tapdım. Oranın ətrafı bütün bazardır ta məzhəbi bir yer!
Deyirəm Mərasimin yerini tapmaq çətin olacaq. Yağış da yağmağa başlamış; Ancaq uzaqdan görürəm ki 30-40 nəfər oğlan, qız, kişi , xanım, bir açıq yerdə, yağış altında toplanıblar. Heç kimsə mən içim tanış dəyil, ancaq bilirəm ora SəttarXanın qəbridir və onlar Türkdülər. Mərasimin başlanmamağından sevindim!
Bu qədər adamın arasında mənim şəmsiyə(çətr) varımdır! Bir qoca kişi mənə yaxınlaşdı; Mən də şəmsiyəni belə tuturdum ki o da islanmasın! Danışmağım onunla tutur. Bizim danışığımıza görə 3-4 nəfər də bizə qulaq asırlar; 1330ci ildən söz aparır, Müsəddiq zamanı. Deyir bu qəbrin daşın oğurladılar, gah da dəmir hasarını, gah ...; Deyir bu qəbrin çoxlu macərası var və deməklə qurtarmaz. Böyük Türk sərdarın məzarı belə qalmağa layıq dəyil. O kişi ozünü Məmməd Sadiq Əlipur tanıtdırdı. Söhbetimizin arasında yoldaşlarım yetiştilər.
Saat 15:45 :
Saat 4ə az qalıbdır; Yağış da kəsilib və adamların sayısı artır. Ancaq dolandıranlardan bir xəbər yoxdur. Hərəmdə olan başqa adamlar, təəcüblə bizim yığıntıya baxırlar! Demək olar onların çoxu Türkdülər, Ancaq özünü tanımayan Türk SəttarXanı nasıl tanıyacaq?!
Saat 16 :
Azərbaycanlı Biliyurdlular Toplumundan bir sayı görürəm ki gül və plakard gəlirlər. Çoxları məniçin tanışdılar. Bir gənc ağa, Ərdəbil ləhcəsilə danışmağa başlayır və yığıntının sıxıntısının azatmsıyçın deyir: Çoxlu adamların görəbilməyiçin, Durduğunuz həlqənın şuasını çoxaldın.
Güllər paylanır və hər kimsə öz gülünü aparır qoyur məzarın üzünə. Bundan sonra mərasim başlanır. Aparıcı Sav öyrəncisəl dərgisinin sorumlu müdürüdür; O SəfərXanı yad eləyib ve deyir hami bu böyük qəhrəmanın rühüna bir Fatihə oxusun.
? Mərasim, Quran oxumaq ilə rəsmən başlanır.
? Arada bir bildiriş, Düktür(!) Məhmudunun Türklərə etdiyi ihanətin Məhküm etməyinə görə paylanır.
? Latin Alfabetində yazılmış plakardlar görürəm: Ya Qarabağ, Ya Olum, Azərbaycan Torpaq dəyil, Arzıların Meşəsidir.
? Azərbaycanın şəhidləri də yad olunur və Fatihə deyilir.
? Aparıcı, mərasimin quranlarını belə tanıtdırır: Çiçəklər Quruluşu, Çağrikam, Azbiltop, Miyanalı Yazarlar, Urmrlu Yazarlar, Zəngan Biliyurdunun İslami Dərnəki, Sabir Ədəbi Dərnəki, Tehranda ki Türk Öyrəncilər, Biliyurdlular və Öyrəncisəl Dərgilər
? Bir sayı əllərini Bozqurd halətində tərpədillər. Mənim yanım da bir nəfər yoldaşına deyir: O Bozqurdun əlamətidir; Yanı Canavar, Yanl Qurd.
? Biri nəfər də deyir: Baba! Belə Türkü danışın, biz də düşünək də!.
? Yoldaşım bu mərasimin çalışqanların göstərib, deyir: Genə də Toplum(Azbiltop!).
? Bir Şeyrdən sonra hamı çəpik çalırlar; Biri uca səsilə deyir: Yox; Bura da sələvat çevirin!
? Bir plakard: Əsrimizin SəttarXanı; Çehrəqanlı"
? Görürəm bir Fars kişi uca səsilə SəttarXana görə, bir izahat(!) verir: O təkcə, Türklərin dəyil! Siz ulus(millət) dəyilsiniz. Bu mərasim istikbar toti,ə si dir! Siz ki demokrasıdan dəm vurursunuz biz də gərək sözümüzü deyək! Və ...; Mən və bir neçə dildaş istəyirik cəvab verməyək; Ancaq görürük onlar əldən salmırlar və ixlal fikrindədirlər. Bu mərasimi Türklər qurmuşlar. Siz də gedin özünüzüçün iş görün. Bu qədər ki bizi yazıq etmişsiniz, bəsimizdir., biz dedik. Son da bilmədim onları kim aradan çıxartdı. Arada bir söz buraxıldı ki mənə yapışdı: Hər ki zəbun-e xodeş(Kimsə öz dililə!).
? Ərkin Musəvi, Milli Oyanış Hərəkatına görə bir məqalə oxuyur; O öz sözlərində Azərbaycandakı ulusal gedişləri açıqlayır. Çehrəqanlının adı gələndə bir sayı uca səsilə deyirlər: Yaşasın. Ərkin, sözlərində bu noktəni dedi: Biz öz yurdumuz da, özgür yaşamaq sahibi olmalıyıq.
? Yanım da bir kişi durub və tə,əccublə mənim önyazı yazmağıma baxır! Mənə deyir: görəsən bu mərasimin filmini TV dən görsədəcəklər?!; Mən də deyirəm: baba sən bilmirsən! Elə indi canli göstərirlər!
? Liderlik məsələsinə görə Bir məqalə oxunur: Liderlər, öz yollarını, basqılarda dəyişməzlər. Buna görə neçə örnək vurulur.
? Bir plakard: Azərbaycan yurdu, Türk yurdudur; Ya sev, ya Tərk et!
? Bu hissədə Yürüş Bəy danışır və SəttarXanın ideoloji lider tanınmasını rədd edərək, deyir: SəttarXan Ulusal bir lideridir.
? Şəmləri yandırıb, paylayırlar.
? İndi Pınar xanım öz sözlərini deyir və ondan sonra bir gənc şayir, dərin həyəcanla Qaradağ ölkəsinin gör necə divanəsiyəm adlı şeyrini oxuyur.
? Ayrılmaz və Əkbər Azad ən son söz aparanlardılar. Azad cənabları Bozqurd Səmbülünü izah edir. Bir sayı qurd kimi uluyurlar. Əkbər Azad, bu mərasim də iştirak edənləri, SəfərXanın 7ci gecəsinə çağırır.
? Son hissə də, Mərasimi quranların bəyaniyyəsini Yaşar Yekanlı oxuyur. Ancaq Azan səsi qoymur o bəyaniyyəni eşidəm. Təkcə, Azərbaycanın indiki şərayitinin həssaslığı və İranın Federal idarə olmağının gərəkliyin, düşündüm.
? Bütün iştirak edənlər, SəttarXanın məzarının dövrəsində əl,ələ verib və ümüdlər, hədəflər və birliklərinin dəvamına bir daha da qərar qoyurlar; Hər sözdən sonra güclə deirlər: And Olsun.
? Toplum səpələnmir! 3-4000 adamdan, 500-600 nəfərlik bir qurup, uca səsilə şu,ar verirlər: Top, Tank, Erməni, Bütün Türkün Düşməni, Yaşasın Çehrəqanlı və ... . Bu iş təzahurata oxşayır.
? Biz qayıtdıq məzara sarı. Güllərin yarpaqlarını qəbrin ustundə pər,pər ediblər, şəmlər də çox gözəl yanırlar. Gözlər yaşa dolub. Ürək, getmək için könül vermir. Qərib sərdarı yenədə tək qoyacayıq... . Kifimdə neçə cild DanUlduzu var; istəyirəm onları məzarın üstündə şəm tək yandıram..., Ancaq yoldaşım qoymur. Fatihə verib, gedirik.
Son